Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Dövlət Bağçalı: "Azərbaycanla bağlı qanun layihəsinə tam dəstək verəcəyik"
  • Ekspertdən sosial şəbəkələrlə bağlı TƏKLİF: Qanun sərtləşdirilsin!
  • 28 May Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilir
  • Fars məscidi ilə erməni kilsəsini birləşdirən MƏXFİ MİSSİYA
  • Milli Məclisin qarşısında aksiya: "“Media haqqında qanun” layihəsi geri qaytarılsın..."
  • "Sən kimsən ki, məscidin üzərinə Azərbaycan bayrağından fərqli bayraq asırsan?"

    • Tarix: 30-01-2022, 11:58

    Azərbaycanda dini məsələlərlə bağlı yeni qanun layihəsi hazırlanır. Yeni qanun layihəsinə görə, axundların məscidlərə təyinatı Qafqaz Müsəlmanları İdarəsinin əlindən alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməlidir. Eyni zamanda, ziyarətgahlara nəzarət funksiyasının da dövlət qurumunun sərəncamına verilməsi planlaşdırılır. Üstəlik, nəzir qutularına nəzarət olunacaq. 
    Globall.az xəbər verir ki, bu barədə Publika.az-a Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa müsahibə verib.Müsahibəni təqdim edirik:
    – Fazil bəy, nəzir qutuları ilə bağlı nüansların yeni qanun layihəsinə daxil edilməsinə münasibətiniz necədir?
    – Ümumiyyətlə, İslam dinində nəzir qutusu, nəzirvermə anlayışları yoxdur. Ola bilsin ki, insanlar dini başa düşmürlər. Nəzirvermə anlayışını hansı dindən götürüblər?! Əgər dinləri İslamdırsa, İslamda nəzir, nəzirvermə anlayışı mövcud deyil. Dinləri xristiandırsa, gedib kilsədə şam yandırmalıdırlar. Dualarını etdikdən sonra qayıdıb evlərinə gəlməlidirlər. Hətta duanın özündə də hər hansı bir maddi tələb yoxdur. Əlini göyə qaldırmadan da ürəyində Allaha dua edə bilərsən. Deməli, nəzir məsələsi İslamda, xristianlıqda, qriqoryanlıqda yoxdur. Bəs, bu nə dinidir?! Cahil insanların 100, 200, 500 ildir başlarını yeyib aldadıblar ki, sən nəzir verməlisən. Niyə verməlidirlər?! Müasir dövrdə ianə forması var. İanəni də ona görə verirlər ki, məscidlərin, insanların ibadət yerlərinin işıqpulu, qazpulu problemləri olur, onları həll etmək üçün. Yəni, məscidi qorumaq üçün bu addımı atırlar. Biri “mənim şəxsi problemlərim həll olunacaq” – deyib Mirmövsüm ağanın qəbrinin üstünə qaçır. Digəri dağın başında üzərinə yaylıq örtülmüş bir pirin üzərinə yüyürür. Bir başqası əlinə əski parçası götürüb ağaca bağlayır ki, niyyətim yerinə yetəcək. Bunların hamısı cəhalət elementləridir. 21-ci əsrdə Azərbaycan insanının bunu etməsi cəhalətdən xəbər verir. Ola bilsin ki, hansısa yüz nəfərlik bir sekta bunu etsin. Bu, Avropada da, Amerikada da var. Psixoloji durumu pozulmuş xeyli insanlar olur ki, bunlar birləşirlər. Məsələn, tutaq ki, Corctaunda bir təriqət var idi, sonra hamısı özlərinə qəsd edərək öldürdülər. Bu cür rituallar həmin təriqətləri ayaqda saxlamaq üçün bir vasitədir. Azərbaycan xalqında isə bu, bütünlüklə belədir; sanki nəzir verməsələr, olmaz. Allahla müqavilə bağlayırlar ki, bu işim həll olunsun, qurban kəsəcəyəm. Bu cür absurd məsələnin qanunvericiliyə gətirilməsini də məqbul saymıram. Ümumiyyətlə, bu cür terminlərin qanunvericiliyə gətirilməsinin tərəfdarı deyiləm. “Nəzir qutusu” ifadəsinin özü tamamilə yanlışdır.
    – Bəs, dində “nəzir” anlayışına alternativ nələr var?
    – Dində zəkat var, vəssalam! Bir də sədəqə anlayışı mövcuddur. Sədəqə cəmiyyətin yoxsullarının hədsiz dərəcədə yoxsullaşmaması üçün varlılar üzərində mənəvi tələbin qoyulmasıdır. Onun da yoxlanışı yoxdur, yəni, nə qədər sədəqə verəcəyin özündən asılıdır. İnsan özü mənəvi cəhətdən baxır ki, gəliri artıqdır, deyir, bundan bir az da qonşuya, kasıba verim. Ona görə sədəqə verilir ki, kasıblar acından ölməsin, cəmiyyətdə düzən pozulmasın. Zəkat da mənəvi məsuliyyətdir. Filan maldan filan qədər zəkat verilməsini Allahu-təala buyurur. Yəni, tövsiyə edir. Bunu verməyə də bilərsən. Yəni, sənin üçün məcburiyyət deyil. Əgər sən doğrudan da əməlisaleh, düzgün adamsansa, yenə də Allah qatında qiymət verilirsə, sənin savablarının sayı günahlarından çox olacaq. Ona görə də qanunvericilik vasitəsi ilə olsa da biz cəmiyyəti cəhalətdən çıxarmalıyıq. Bunlar real ictimai münasibətlərdir, amma real ictimai münasibətlər bütün sahələrdə var. Bu kimi tendensiyalar insan alverində və başqa sahələrdə də mövcuddur. İndi bunların hamısı ilə bağlı prosedurları tənzimləmə kimi qarşısımızda hər hansı bir tələb yoxdur.
    – Yeni qanun layihəsində dini icmaların qeydiyyat məsələsinə münasibətiniz necədir?
    – Dövlətin dini icmaların qeydiyyatı məsələsinə qarışması lazımdır. Ona görə lazımdır ki, çox vaxt dini icmalar inanc məsələsinə görə yaradılmır. Onların yaradılma səbəbi bir çox hallarda siyasi məqsədlərdir. Siyasi məqsədlərlə yaradıldığına görə dini fəaliyyətdən daha çox siyasi fəaliyyətə yönəlirlər. Belə bir vəziyyətdə dövlət mütləq nəzarət qoymalıdır ki, başqa ölkələrdə yaşananlar Azərbaycanda yaşanmasın. Çünki cəhalətin ən acınacaqlı forması dindən gəlir. Lap çoxdandır ki, Azərbaycanda İslam dini bu və ya digər formada yoxdur. Əvvəllər hamı elə bilirdi ki, bu, İrandan gəlir. Xeyr, elə Ərəbistandan, Türkiyədən, İrandan və başqa yerlərdən gələn də eyni cəhalətin, eyni aqressivliyin daşıyıcısıdır. Ona görə də biz onları nəzarətdə saxlamalıyıq. İslam insanın şəxsi əxlaqı, mənəviyyatı ilə bağlı olan bir məsələdir. Çoxu gözə soxmaq üçün bu ibadəti edir. Həmin insanlar yaxınında, çevrəsində olan insanların təqdirini qazanmaq, mömin görünmək üçün belə edirlər. Hansı ölkədə Azərbaycandakı qədər hacı, hacıxanım, kərbəlayi, məşhədi var?! Heç birində! Saxtakar olmayan adam elə öz adı ilə çıxış edər də! Adama deyərlər ki, sənin ibadətinin mənə nə dəxli?! O, sənin fərdi məsələndir. Niyə adının qabağına “hacı”, “hacıxanım” yazdırır? Deməli, problem başqadır. Bu, Allaha göstərmək üçün deyil, cəmiyyətə göstərmək üçündür. Özünü Allaha göstərməyə ehtiyac yoxdur. Onsuz da Allah sənin gerçək inanc sahibi olub-olmadığını bilir. Amma cəmiyyətə göstərməyə başlayanda hoqqabazlıq, saxtakarlıq, dələduzluq özünü büruzə verir. Həm də bütün bunlar artmağa başlayır.
    – Axundların məscidlərə təyinatının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ixtiyarına verilməsi məsələsinə necə baxırsınız?
    – Buna normal baxıram. Söylədiyim kimi, bütün məsələlərdə dövlətin nəzarəti olmalıdır. Biz dünyəvi dövlətik. Dünyəvi dövlətlərdə din dövlətdən ayrıdır. Yəni, dinin yeri ayrıdır, amma bir çox hallarda din dövlət üçün təhlükəyə çevrilməyə başlayır. Ona görə yox ki, Azərbaycanda bunu istəyirlər. Xeyr! Təsəvvür edin, Azərbaycanda nə qədər xümspulu yığılır və başqa ölkəyə göndərilir. Niyə göndərilməlidir?! Bu, artıq kəşfiyyat məsələsidir. Azərbaycanda ortaya “İmam Mehdi” çıxmışdı. Nə qədər sahibkarın cənnətdə yer almaq adı ilə 30-40 min pulunu almışdı. Hətta bəzilərinin yaxınlarını da siğə etmişdi. Həmin adamı hüquq-mühafizə orqanları yaxalamışdılar. Mən faktdan danışıram. Belə cahillik olmaz. Hansı ölkədə məscidin üzərində bayraq var?! Sən kimsən ki, məscidin üzərinə Azərbaycan bayrağından fərqli bayraq asırsan?! Dində bayraq anlayışı yoxdur. Əməvilərin bayrağı ayrıdır, Abbasilərin də bayrağı fərqlidir. O asılanlar rejimlərin bayraqlarıdır. Həmin rejimlər tarix boyu olub. Sən hansı rejimi tarixdən, yeddinci əsrdən gətirib buraya salırsan?! Üstəlik, digər dinlərin nümayəndələrini də qəbul etmirsən ki, bu, xristiandır, bu, yəhudidir. Səhər duranda işığı yandırıb namazını qılırsan. O zaman namaz qılmaq üçün işığı yandırma də… İşığı da bir xristian kəşf edib. O zaman telefonla danışma, dəvənin üstündə gəz də… Deməli, sən müasir dünyanın içərisindəsənsə, dini də müasir anlayışla təbliğ etməlisən. Eyni zamanda, onu yaşamalısan. Hamı bankdan kredit götürür, iş görür. Sən də dindaram, faiz götürmürəm deyirsən. Bunlar yeni dünyanın tələbləridir. Həmin qaydaları tətbiq edən, köhnəliyi əsas götürən İrana, İraqa, Əfqanıstana, Ərəbistana baxın, hansı gerçək İslamı yaşayır?!
    – Fazil bəy, bizdə nəzir qutuları “adət” halını alıb. Bəlkə dövlət indiki mərhələdə nəzir qutularının qarşısını ala bilmədiyi üçün prosesi elektron sistemə keçirir? Bəlkə də xaricə gedən pulların qarşısını almaq üçün bu cür tədbirlər görür? 
    – Xaricə gedən pulları bu cür cilovlamırlar. Bunun yolları var. Sadəcə olaraq onu cilovlamağa maraq yoxdur. Bununla bağlı ciddi səviyyədə məşğul olsalar, onu kifayət qədər həyata keçirmək mümkündür. İndi narkomaniya da adət halını alıb. Dövlət niyə narkomaniyanın qarşısını almaq üçün tədbirlər görür?! Nəzir də, nəzir qutusu da narkomaniyadır. Bunun başqa adı yoxdur. İnsan beynində düşünür ki, bunu etməklə rahatlayacağam. Narkotiki çəkən də bu cür düşünür. Deyir ki, bunu çəksəm, rahatlaşacağam, özümü yaxşı hiss edəcəyəm. Nəzir verən insan da belədir, deyir ki, artıq nəzirimi verdim, nə qədər pis əməl var, hamısını edə bilərəm. Deyirlər ki, “artıq nəzirim çatıb…” Narkoman da elə bu cür düşünür. Ona görə də nəzir anlayışı narkomaniyanın bir növüdür. Biz də inanclı insanlarıq. Biz də ibadətimizi edirik. Nə olsun?! Mən niyə bunu başqası üçün etməliyəm?! Mən bu seçimi öz mənəvi yaşamım üçün edirəm, başqaları üçün bunu niyə göstərməliyəm?! Mən də Həcc ziyarətində olmuşam. Başqaları kimi bəs mən niyə hacı olduğumu demirəm?! Hacı olduğunuzu kimin gözünə soxursunuz?! Bizim borcumuz cəmiyyəti tərbiyələndirməkdir. Gerçək İslamı izah etməkdir. Hamı İslamın vəhşilik, cihad tərəfini götürür. Ağlı başında olan adam ancaq yaxşı tərəfini götürər. Həmin sözləri yaxşı yönə yönəltməyə çalışar. Niyə hamısı kəskin yönə, aqressiyaya yönəldər?! Aqressiyaya yönələn də “Taliban” düşüncəlidir, musiqi alətini hamının gözü qarşısında yandırır. Sonra gedib evində musiqi də çaldırır, oğlanlarla da, qızlarla da gününü keçirir. Sonra da ağzını yaxalayıb məsciddə İslam dininin əxlaqından danışmağa başlayır. Bu gün də şeyx nəsrullahlar ölməyib, 150 il qabaq nə idisə, indi də odur. 20-ci əsrin əvvəllərində bir az idi, indi bizdə şeyx nəsrullahların sayı 10 qat, 20 qat artıb. İndi biz onlara göz yummalıyıq, xeyr! Bizim borcumuz əsl İslamı təbliğ etməkdir. İnsanlar daha sağlam İslam inancına sahib olmalıdırlar. Amma bu, insanların şəxsinə, özünə aid olan məsələdir. Biri mahnı oxuyanda, söz deyəndə hamı Allahın vəkili kimi onun üstünə tökülür ki, sən bunu niyə dedin?! Sən 1000, 2000 il öncə yaşayıb-yaşamadığı bəlli olmayan, müqəddəs hesab edilən adamın vəkilisən?! Onu Allaha həvalə elə də, sən kimsən ki, müasir dövrdə insanların hansısa fikrinə görə onu ittiham edirsən?! Burax, o, öz həyatını yaşayır. Sən niyə onun həyatına qarışırsan?! Biz cahilliyə qarşı təbliğatı gücləndirməliyik. Qanunvericilikdə də bəzi məsələləri legitimləşdirmək yolunu seçməməliyik.
    – Bəs, dövlət hansı addımı atmalıdır?
    – İslam dinində nəzir qutusu deyilən anlayış yoxdur. Bu, Azərbaycanda və bizə yaxın ölkələrdə uydurulmuş bir prosedurdur. Yüz illərdir insanların beyninə yeridilib, indi onu insanların beynindən çıxarmalıyıq. 2022-ci ildə vəziyyət bu cürdürsə, 2100-cü ildə də bu cür olmalıdır?! 2100-cü ilə də xalqı bu cəhalətlə daşımalıyıq?! Belə olmaz! Məscidə yardım etmək olar. Məscid inanc yeridir. İnsanlar gedib orada ibadət edirlər. Oranın təmiz saxlanılması, xalçasının salınması, təmizliyinə baxan işçisinin, ağacına su verən bağbanının ehtiyaclarının qarşılanması üçün hər məscidin icması var. İcma üzvləri gəlirlərindən könüllü şəkildə ianə verə bilərlər. Hamı ianə verə bilər, burada heç nə yoxdur. Hətta onun kartla ödənişi də normaldır. Orada da bank faiz tutacaq. Burada da bir “problem” var. Ona görə ianəni də kart hesabı ilə keçirməyəsən ki, bank faiz tutur. Deməyim odur ki, ziddiyyətləri aradan qaldırmaq, dini sadələşdirmək lazımdır. Onu bu qədər mürəkkəbləşdirib problemə çevirmək olmaz. Bunun məntiqini, dünyagörüşünü, fəlsəfəsini öyrənmək lazımdır. Dünyada faydalı işlər görməyə çalışmaq lazımdır, insanlar buna meyillənməlidirlər. Bu dünyanı bizə veriblər ki, adam olaq. Normal işlər görək, faydalı olaq, iz qoyaq. Hamı özünü axirətə saxlayıb ki, burada bir az yola verim, bəlkə orada, o dünyada yaxşı olacaq. Belə şey yoxdur. Yaxşı işlərinlə bu dünyada kredit götür ki, o dünyada da xərcləyə biləsən.

    Oxunub: 192
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.