Qarabağda əkin dövriyyəsinə cəlb olunan ərazilər 10 dəfə artırılacaq
"Ötən il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 10 min hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib. Bu il bu rəqəmin 100 min hektar olması nəzərdə tutulur".
Globall.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.
"Vətən müharibəsi başa çatandan sonra Prezident İlham Əliyevin ilk tapşırıqlarından biri işğaldan azad edilmiş ərazilərin əkin dövriyyəsinə cəlb edilməsi olub. Qarabağda ölkənin ən münbit, ən əlverişli torpaq sahələri yerləşir. SSRİ dövründə burada taxılçılıq, tütünçülük, heyvandarlıq inkişaf etmişdi. Təqribən 100 min hektar ərazidə taxıl bitkilərinin - buğda və arpa əkilməsi planlaşdırılır. Həmçinin, tütünçülüklə bağlı işlərə başlanılıb. Heyvandarlığın inkişafı baxımından da ən əlverişli ərazilər Qarabağda və Şərqi Zəngəzurdadır", - deyə o, qeyd edib.