Husilər Hersoqun gəldiyi gün BƏƏ-yə hücum etdi
Husilərin ölkəyə atdığı ballistik raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Globall.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail Prezidenti İshaq Hersoqun BƏƏ-yə səfəri zamanı baş verən hücumda ölən və yaralanan olmayıb.
Qeyd edək ki, İ.Hersoq ötən gün BƏƏ-yə tarixi səfərini gerçəkləşdirib.
Oxunub: 213
Xəbəri paylaş
Paylaş: