Britaniya səfiri Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması ilə bağlı təklifini dəstəkləyib
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir neçə vaxt əvvəl ATƏT-in toplantısında bildirdi ki, sülh və q Azərbaycan üçün prioritet olacaq”.
Globall.az-ın xəbərinə görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib.
Diplomat qeyd edib ki, Azərbaycan hökumətinin azad edilmiş ərazilərin bərpa edilməsi ilə bağlı böyük planları var: “Məcburi köçkünlər öz yerlərinə qayıtmalıdır. Hazırda ölkə bərpa mərhələsindədi. Gender məsələsi yenidənqurma və islahatlar prosesində yaddan çıxmamamlıdır”.
Səfir bildirib ki, Azərbaycanın Ermənistanla normal münasibətlərin qurulması, sülh müqaviləsinin imzalanması ilə bağlı irəli sürdüyü təklif rəsmi Bakı tərəfindən atılan vacib addımdı