Boris Conson Kiyevə bu halda gedə biləcək
Koronavirusa yoluxmuş xarici işlər naziri Liz Trassla təmasda olan Böyük Britaniyanın Baş naziri Boris Conson COVİD testinin nəticəsi mənfi çıxacağı təqdirdə Ukraynaya gedə biləcək.
Globall.az xəbər verir ki, bu barədə “Teleqraf” qəzeti məlumat yayıb.
“Dauninq-stritdən bildirdilər ki, baş nazir koronavirus testinin mənfi nəticəsindən sonra Ukraynaya gedəcək”, - qəzet bildirib.
Qeyd edək ki, Boris Consonla Kiyevə xarici işlər naziri Liz Trass da getməli idi. Lakin XİN rəhbərinin koronavirus testinin nəticələri müsbət çıxıb və karantinə göndərilib.
Oxunub: 337
Xəbəri paylaş
Paylaş: