Tokayev Prezident Administrasiyasına yeni rəhbər təyin edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident Administrasiyasının rəhbəri Yerlan Koşanovu vəzifəsindən azad edib.
Globall.az xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, onun yerinə Murat Nurtleu təyin olunub.
Daha əvvəl Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) spikeri Nurlan Niqmatulinin səlahiyyətlərindən imtina etməsindən sonra boş qalan mandatın Y.Koşanova verildiyi bildirilmişdi.
Oxunub: 270
Xəbəri paylaş
Paylaş: