Serj Sarkisyan Ermənistan cəmiyyətini yanıltdı
Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan mətbuata müsahibə verməklə gündəm yaratmaq istəyib. Lakin eks-prezidentin dünən yayımlanan müsahibəsi qarşılıqlı ittihamlardan ibarət olub.
“O bu müsahibəsində mövcud vəziyyətdən çıxış yolu göstərməyib, bununla da ictimaiyyətin ümidlərini doğrultmayıb”.
Globall.az xəbər verir ki, bu fikirləri yerli KİV-ə politoloq Armen Baqdasaryan Ermənistanın Serj Sarkisyanın dünənki müsahibəsini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, Serj Sarkisyanın müsahibəsinin əsas mesajı belədir: Nikol Paşinyan hazırkı vəziyyətə görə öz sələflərini, o cümlədən Serj Sarkisyanı günahlandırdığına görə, eks-prezident də öz növbəsində sələflərinin lehinə mübahisə etməyə çalışıb.
“Amma həqiqət ortadadır, o mənada ki, Nikol Paşinyan Robert Köçəryan və Serj Sarkisyanın uzun illər apardığı siyasi xətti davam etdirib. Sadəcə olaraq, Paşinyanın etdiyi daha ağır cinayətdir, ona görə ki, problemi daha az güzəştlə həll edə bilərdi, amma etmədi. Özü də etiraf edir ki, əgər belə etsəydi, onu satqın adlandıracaqdılar. Yəni bilərəkdən Ermənistana və Qarabağa fəlakət gətirdi. Onun etdikləri daha zərərli nəticələrə çevrildi, çünki o, nəyisə dəyişə bilərdi, amma bunu etmədi”, – Armen Baqdasaryan bildirib.
Ekspert deyib ki, Serj Sarkisyan Qarabağ məsələsinin həlli ilə bağlı məxfilik pərdəsini qaldırmayıb.
“O, ancaq camaatın artıq bildiyini söylədi”.
Armen Baqdasaryan onu da vurğulayıb ki, ictimaiyyət Serj Sarkisyanın vəziyyətdən konkret çıxış yolları göstərəcəyini gözləsə də, onların ümidləri doğrulmadı.
“Hər kəs Nikol Paşinyanın gücünün dövlətimiz üçün nə ilə dolu olduğunu görür, halbuki, ictimaiyyət ondan müxalifət partiyalarından birinin lideri kimi tamamilə fərqli gözləntilərə malik idi. İctimaiyyət bir sıra suallara, xüsusən də “yaranmış vəziyyətdən çıxmaq üçün nə etməlidir” kimi suala cavab gözləsə də, Serj Sarkisyan çıxış yolu göstərmək əvəzinə, Paşinyan haqq qazandırdı”, - ekspert deyib.
“Hər kəs bilir ki, bu vəziyyətin ən böyük günahkarı Nikol Paşinyan başda olmaqla hazırkı hakimiyyətdir. Serj Sarkisyan indiki vəziyyətdən çıxış yolunu göstərməyib. O, bu gücdən necə qurtulacaqlarını və Ermənistanın növbəti addımlarının necə olacağını aydın şəkildə təsvir etməli idi”, - politoloq əlavə edib.