Ərdoğan Kiyevdə saziş imzalayacaq
Ukrayna və Türkiyə arasında azad ticarət sazişi imzalanacaq.
Globall.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Bildirilib ki, sənədin imzalanması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 3-də Kiyevə səfəri zamanı baş tutacaq.
Qeyd olunub ki, Türkiyə Ukrayna ilə ticarət dövriyyəsinin həcminə görə Yaxın Şərq regionu ölkələri arasında ilk yerləri tutur. Eyni zamanda Ukrayna tərəfi mal və xidmətlər bazarlarına çıxışın genişləndirilməsinə kömək edəcək azad ticarət barədə hərtərəfli Sazişin bağlanılmasında maraqlıdır.
Oxunub: 290
Xəbəri paylaş
Paylaş: