Mahir Emrelinin yeni klubu məlum oldu
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubundan ayrılıb.
Globall.az xəbər verir ki, bu barədə Emreli özünün "Instagram" səhifəsində paylaşım edib.
Gənc hücumçu Xorvatiyanın “Dinamo” klubuna keçib. O yeni klubunda 11 nömrəli forma ilə çıxış edəcək.
Xatırladaq ki, bundan əvvəl Polşanın "Legiya" klubunda çıxış edən Mahir Emreli komandadan ayrılmaq istəyirdi. Millimizin hücumçusunun bu qərarına varşavalı azarkeşlərlə insident səbəb olmuşdu.
Oxunub: 252
Xəbəri paylaş
Paylaş: