Rusiya bu cür videolar yayıb, hücum edəcək
Rusların işğal bəhanəsi uydurmaq istəkləri barədə məlumatımız var.
Globall.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi deyib.
“Rusiyanın Ukraynaya hücumuna haqq qazandırmaq üçün saxta videolar hazırlanacağı haqda dəlillərimiz var. Planın bir hissəsi olaraq Ukrayna əsgərlərinin istifadə etdiyi texnikanın Qərb tərəfindən təmin edildiyi göstəriləcək və bu, Rusiyanın Ukraynadan qisas almasına əsas verəcək. Bu saxta videolar Rusiyanın Ukraynaya hücumu üçün bəhanə olacaq. Keçmişdə rusların bu cür fəaliyyətlərini görmüşük və bunu dilə gətirməyin vacib olduğuna inanırıq. Təcrübəmizə əsasən deyə bilərəm ki, bu cür planların çox az hissəsi Rusiya hökumətinin yüksək səviyyəli şəxsləri tərəfindən təsdiqlənib”, - Kirbi bildirib.
Oxunub: 258
Xəbəri paylaş
Paylaş: