Bakı ilə İrəvana bu məsələdə köməyə hazırıq - Varhelyi

Avropa Birliyi Azərbaycanla Ermənistan arasındakı sərhədin delimitasiyası və demarkasiyası işlərinə kömək etməyə hazırdır.
Bunu Avropa Birliyinin (AB) genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyi xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
AB rəsmisi Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlı olduqlarını da diqqətə çatdırıb.
“Biz sərhədlərin delimitasiyası və demarkasiyası işlərinə, habelə minalardan təmizləmə əməliyyatına texniki dəstək verə bilərik”, – Varhelyi vurğulayıb.
Oxunub: 178
Xəbəri paylaş
Paylaş: