Ermənistanda koronavirus:
sutka ərzində 35 nəfər yoluxub
Ermənistanda son bir gün ərzində daha 35 nəfər koronavirusa qoluxub.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində bildirib.
O qeyd edib ki, Ermənistanda koronavirusla bağlı gərgin vəziyyət yaşanmaqdadır: “Təəssüf ki, xəstələrin sayında artım qeydə alınır. Bu gün daha 35 nəfərdə koronavirus təsdiqlənib. Ancaq ümumilikdə deyə bilərəm ki, vəziyyət nəzarət altındadır. Karantin rejiminə riayət etməliyik”.
Qeyd edək ki, ölkədə yeni virusa yoluxanların ümumi sayının 407 nəfərə çatdığı bildirilir./apa
Oxunub: 562
Xəbəri paylaş
Paylaş: