Türkiyənin Ukraynaya PUA-lar satması...
Türkiyənin Ukraynaya PUA-lar satması Ankara-Moskva münasibətlərinə təsir etməyəcək.
Globall.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Vladimir Cabarov deyib.
“Türkiyə öz silahını satır. Bu, onların daxili məsələsidir. Rusiyanın bu mövzuda heç bir şikayəti yoxdur”, - Cabarov bildirib.
Sədr müavini qeyd edib ki, Rusiya və Türkiyə arasında normal münasibətlər mövcuddur:
“Türkiyədə atom elektrik stansiyası (AES) tikirik, bu ölkəyə S-400 zenit raket kompleksləri göndəririk, bununla bərabər təbii qazımız Türkiyədən keçir. Ukraynaya gəlincə isə, bu cür addımların nə qədər yanlış olduğunu zaman göstərəcək”.
Oxunub: 304
Xəbəri paylaş
Paylaş: