Ermənistan XİN Paşinyanın Türkiyə səfərinə qarşı
Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri və mart ayında Antalya Diplomatiya Forumunda iştirakı müzakirə olunmur.
Globall.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vaan Unanyan “Facebook” səhifəsində yazıb.
“Baş nazirin Türkiyəyə səfəri və Antalyadakı diplomatik forumda iştirakı müzakirə edilmir”, - deyə o bildirib.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay Ermənistanın baş naziri Nikol Paşinyanın Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək üçün mart ayında Türkiyəyə səfər edəcəyini bildirib.
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: