Tokio olimpiadasınin keçiriləcəyi tarix açıqlandı
Koronavirus (COVID-19) pandemiyasına görə təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarının keçiriləcəyi vaxt məlum oldu.
TASS xəbər verir ki, Olimpiadanın açılış mərasimi 23 iyul 2021-ci ildə olacaq. Rəsmi qərar isə bu gün - Beynəlxalq Olimpiya Komitəsinin keçirəcəyi təcili görüşdə elan olunacaq.
Xatırladaq ki, təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda keçirilməli idi.
Oxunub: 514
Xəbəri paylaş
Paylaş: