Ermənistanda koronavirusdan ölənlərin sayı 8 100-ə çatır

Ermənistanda son sutkada daha 1 631 nəfərdə COVID-19 aşkarlanıb.
Globall.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 391 588-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 8 097-yə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 555 nəfərdir. İndiyədək 352 985 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 28 951 aktiv koronavirus xəstəsi var.
Oxunub: 185
Xəbəri paylaş
Paylaş:




















