ABŞ-da Hüseyn Cavidin barelyefi qoyulacaq
Cavid haqqında elektron məlumat lövhəsi büstlə bərabər Vaşinqtonun tarixi Georgetovn səmtində vurulacaq
Azərbaycanın milli poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavidin xatirəsi Vaşinqtonda əbədiləşdiriləcək.
Globall.az xəbər verir ki, REAL TV-nin ABŞ bürosuna danışan ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov bu barədə məlumat verib.
“1 ildən çoxdur ki, icazə prosesindən keçirdik. Artıq Vaşinqton hökuməti də bizə o icazəni verdi. Bu layihəni də biz Azərbaycanın Vaşinqtondakı Səfirliyi ilə birlikdə həyata keçiririk. Düşünürəm ki, aprel ayının sonu may ayının əvvəlində həmin barelyefi artıq burada, tarixi Georgetovnda yerləşdirəcəyik. Bura turistlərin, yerli əhalinin sıx olduğu bir yerdir. Barelyefin alt hissəsində şairimizin adı, soyadı, doğum tarixi qoyulacaq. Bundan başqa kiçik bir QR kod da olacaq. Bu QR kod vasitəsi ilə insanlar çox asanlıqla mobil telefonlarından daxil olub H.Cavid haqqında daha çox məlumat və foto əldə edə biləcəklər. Bİz düşünürük ki, bu vasitə ilə Cavidin bəşəri mesajlarını ABŞ-da təbliğ edə bilərik“- Natiq Baxışov.
Qeyd edək ki barelyefin müəllifi heykəltaraş Kamran Əsədovdur.