Putinin Makronla mətbuat konfransında səsləndirdiyi TEZİSLƏR

Xəbər verdiyimiz kimi, dünən Kremldə Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında danışıqlar 5 saatdan çox davam edib. Liderlər əvvəlcə Kremlin birinci korpusunun nümayəndəlik kabinetində təkbətək görüşüblər. Sonra isə liderlərin mətbuat konfransı keçirilib.
Globall.az Bizim.Media-ya istinadən Vladimir Putinin mətbuat konfransında səsləndirdiyi tezisləri sizə təqdim edir:
- Bizim təhlükəsizliklə bağlı narahatlıqlarımız nəzərə alınmadı.
- 2019-cu ildə NATO Rusiyanı düşmən elan etdi.
- İndiki Kiyev hakimiyyəti Minsk razılaşmalarının ləğvi kursunu müəyyənləşdirib.
- Biz Rusiyada cənab Poroşenko kimi insanlara siyasi sığınacaq verməyə hazırıq.
- Makronun bir sıra ideyaları (bu haqda danışmaq hələ tezdir) Ukrayna üzrə gələcək addımların əsasını qoya bilər.
- Biz NATO-ya doğru getmirik, amma NATO bizə doğru irəliləyir.
- Əgər Ukrayna NATO-da olarsa və Krıma hücum edərsə, o zaman Rusiya Federasiyası ilə Alyans arasında münaqişə yaranacaq.
- Yaxşı, hamı sülh istəyirsə (burda pis heç nə yoxdur) niyə Rusiya Federasiyasının sərhədləri yaxınlığında zərbə sistemləri yerləşdirirlər?
Oxunub: 303
Xəbəri paylaş
Paylaş:




















