Putin-Makron görüşündəki masa Fransada gündəm oldu
Globall.az xəbər verir ki, Fransa mediası və sosial şəbəkə seqmentində də bu məqam xüsusi qabardılaraq müxtəlif şərhlər verilib, tənqidi fikirlər səsləndirilib.
İki liderin sosial məsafəsi virusdan qorunmaq üçündür, yoxsa Fransa-Rusiya münasibətlərindəki soyuqluğu əks etdirir?
Fransız “Twitter” istifadəçiləri görüşü “Putindən Makrona isti qarşılanma”, “Sosial məsafə”, “Şam yeməyi başlaya bilər”, “Zaman fərqi” və s. kimi başlıqlarla dəyərləndirib.
Fransanın “Cnews” kanalı “Nəhəng yaxınlaşma masası” başlıqlı xəbərdə müxbir “Makron və Putinin görüşü arasındakı masa dolaşmağa dəyər” ifadəsini işlədib.
“Liberation” qəzeti manşetində “Makron-Putin rus tipli dialoq” başlığına üstünlük verərək, iki həmkarın görüşdüyü masanın fotosuna labirint əlavə edib.
Bundan əlavə, Fransa xalqı Putinin belə qarşılanma ilə Makronu alçatdığını hesab edir.
Qeyd edək ki, gündəmdə olan digər görüntü isə mətbuata açıqlamalardan sonra Putinin Makronu arxada qoyaraq zalı ön tərəfdən tərk etməsi olub. Ekspertlərin fikrincə, həmin kadrlar Putinin Makrona soyuq davranışından xəbər verir. Bu isə onu göstərir ki, danışıqlar heç də Fransanın istədiyi kimi ürəkaçan olmayıb.