Avropa bazarında təbii qazın qiyməti artıb

Avropa bazarında təbii qazın qiyməti hazırda 945-980 dollar arasında dəyişir.
Globall.az xəbər verir ki, Londondakı “ICE Futures” birjasındakı hərraclar zamanı TTF onlayn qaz satışı mərkəzinin mart fyüçersləri ötən gün 938,2 USD/1000 kubmetr səviyyəsində bərqərar olduqdan sonra bu gün 0,6-4,3 faiz bahalaşıb.
Qazın bahalaşmasının səbəbləri Asiya bazarında LNG-yə tələbatın yüksək olması, eyni zamanda, əsas istehsalçılar tərəfindən təklifin aşağı səviyyəsi, Avropadakı yeraltı anbarlarda qazın azlığı kimi amillərlə əlaqələndirilir.
Oxunub: 458
Xəbəri paylaş
Paylaş: