Bill Qeyts pandemiya haqda kitab YAZDI
“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts “Növbəti pandemiyanın qarşısını necə almalı” adlı kitab yazıb.
Globall.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə milyarder öz saytında məlumat yerləşdirib.
Onun fikrincə, koronavirus pandemiyası bəşəriyyət üçün sonuncu ola bilər. Qeyts kitabında gələcəkdə oxşar qlobal hadisələrin qarşısını almaq və planetdəki bütün insanlara daha yaxşı sağlamlıq xidməti göstərmək üçün vacib addımlardan söz açıb.
Kitabın mayın 3-də nəşr olunacağı gözlənilir.
“Microsoft”un qurucusu ötən il ümid etdiyini bildirmişdi ki, pandemiyanın kəskin fazası 2022-ci ildə sona çatacaq.
Oxunub: 294
Xəbəri paylaş
Paylaş: