Saakaşvilinin məhkəməsində dava düşdü
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tbilisi Şəhər Məhkəməsinin zalında 9 milyon lari (təxminən 3 milyon dollar) məbləğində dövlət vəsaitinin mənimsənilməsi işi üzrə prosesin keçirildiyi zalda Ukrayna himnini oxuyub.
Globall.az xəbər verir ki, çərşənbə günü məhkəmə zalından görüntüləri Gürcüstanın “Mtavari Arkhi” telekanalı yayıb.
Saakaşvili çıxışına bütün ittihamları əsassız adlandıraraq, prokurorları və məhkəməni korrupsiyada ittiham etməklə başlayıb.
Onun çıxışı məhkəmə zalında ajiotaj yaradıb və tərəflər arasında sözlü atışma olub.
Bundan sonra vəkillər Ukrayna bayrağını Saakaşviliyə verib və telefonda Ukrayna himnini səsləndiriblər və keçmiş prezident də oxumağa başlayıb.
Proseslə paralel olaraq Tbilisi Şəhər Məhkəməsinin həyətində Saakaşvilinin tərəfdarları eks-prezidentə dəstək üçün ənənəvi aksiya keçiriblər. Onlar üzərində "#Freemisha" yazılmış bir plakat qaldırıblar.