Salyanda özünü yandıran idarə işçisinin son durumu açıqlanıb
Salyan Rayon Yaşıllaşdırma İdarəsinin qarşısında özünü yandıraraq intihara cəhd edən Coşqun Quliyevin son durumu açıqlanıb.
Globall.az xəbər verir ki, Respublika Yanıq Mərkəzindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, xəstə mərkəzə fevralın 9-da gətirilib.
Qeyd olunub ki, onun ümumi vəziyyəti ağırdır və 42 faiz yanıq xəsarəti alıb.
Xatırladaq ki, fevralın 9-da Salyan Rayon Yaşıllaşdırma İdarəsinin qarşısında rayon sakini, 1995-ci il təvəllüdlü Coşqun Quliyev özünü yandıraraq intihara cəhd edib.
Onun Salyan Rayon Yaşıllaşdırma İdarəsinin işçisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 379
Xəbəri paylaş
Paylaş: