Türkiyə yunan adalarının suverenliyini mübahisələndirə bilər

“BMT-yə iki məktub göndərdik. Bu məktublar silahsızlaşdırılmış adaların statusunun Yunanıstan tərəfindən pozulması ilə əlaqədar idi. Bu adalar, Lozanna və Paris müqavilələrinə əsasən, Yunanıstana demilitarizasiya şərti ilə verilmişdi. Yunanıstan bu əməlindən vaz keçməsə, həmin adaların suverenliyi mübahisələndirilər”.
Globall.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində söyləyib.
“Çünki şərti pozursunuz. Lazım olarsa, son xəbərdarlıqlarımızı edəcəyik və bu mübahisə başlayar. Yunanıstan, əslində, qəbul edir, bəs Türkiyədən təhdid görürlərmiş və bu səbəbdən şərti pozurlarmış. Adaya qoyduğun bir neçə hərbçi və silahlamı təhdidi qabaqlayacaqsan? Yəni doğru söyləmirlər. İnsani məsələlərdə də mütəmadi yalan danışırlar. Biz bunun izindəyik, bu məsələnin başını buraxmayacağıq. Lozanna, Paris müqavilələrinin tərəfləri var. Əlbəttə ki, beynəlxalq arenada müzakirəyə başlayacağıq”, - nazir vurğulayıb.
Oxunub: 226
Xəbəri paylaş
Paylaş: