Azərbaycanlılar canlarını verərək buna nail oldu –
Azərbaycan öz Vətənini geri qaytardı. Düzdür, hər şey tam olaraq Bakının nəzarət altında deyil, amma əminəm ki, bu, müvəqqəti bir fenomendir. Azərbaycanlılar buna öz səyləri ilə, şəhidlərlə, canlarını qurban verərək nail oldular. Burada Minsk Qrupu barədə danışmaq gülməli olar.
Globall.az xəbər verir ki, bu fikirləri rusiyalı ekspert, ictimai xadim Maksim Şevçenko bölüşüb.
“Biz xatırlayırıq ki, Türkiyə Azərbaycana çox kömək oldu. Rusiya Prezidenti Vladimir Putinin “Qarabağ Azərbaycandır” deməsi də Azərbaycana kömək oldu. Bununla o, Rusiyada bir çoxlarının əl-qolunu bağlaya bildi. İndi bu proseslərdə Minsk Qrupunu necə xatırlamaq olar? Bu məsələni qaldırmaq üçün kimin vicdanı çatar? 30 il ərzində yüzminlərlə azərbaycanlı öz vətənindən məhrum olmuş, Azərbaycanın ərazisi işğal edilmişdi. Minsk Qrupu unudulmalıdır, o artıq mövcud deyil”, - deyə o qeyd edib.