Tanınmış jurnalist BDU-nun mətbuat katibi təyin olundu
Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinə yeni müdir təyin olunub.
Globall.az xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Elçin Babayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Kəmalə Namazova BDU-nun Mətbuat Xidmətinin rəhbəri təyin edilib.
K.Namazova məlumatı saytımıza açıqlamasında təsdiqləyib.
Qeyd edək ki, K.Namazova əvvəllər bir sıra tanınmış mətbuat orqanlarında fəaliyyət göstərib.
Oxunub: 332
Xəbəri paylaş
Paylaş: