İran “nə Şərq, nə də Qərb” siyasətini davam etdirəcək
İran hakimiyyəti nə Şərq, nə də Qərb xarici siyasət prinsipinə əməl etməyə davam edəcək.
Globall.az xəbər verir ki, bu barədə İran prezidenti İbrahim Rəisi bildirib.
“Cümə günü milyonlarla iranlı İslam din xadimlərini ölkəni idarə etməyə gətirən İslam İnqilabının qələbəsinin 43-cü ildönümünü qeyd edir. İslam hakimiyyəti 1979-cu ildə əhalinin səsləndirdiyi “nə Şərq, nə də Qərb” şüarına sadiq qalmağa davam edəcək”,- prezident bildirib.
Qeyd edək ki, İranın xarici siyasətdə “nə Şərq, nə Qərb” prinsipi 1978-1979-cu illər inqilabı dövründə meydana çıxıb. Bu ifadə İranın xarici siyasətinin antisovet və antiamerika kursunu nəzərdə tuturdu.
Oxunub: 300
Xəbəri paylaş
Paylaş: