NATO-nun Baş katibi Rusiya-Ukrayna sərhədindəki vəziyyəti açıqlayıb
NATO-nun Baş katibi Yens Stoltenberq növbəti dəfə Rusiyaya xəbərdarlıq edib.
Globall.az "TRT Haber”ə istinadən xəbər verir ki, o, rəsmi Moskvaya xəbərdarlıq etməklə yanaşı, Alyansın dialoq tərəfdarı olduğunu söyləyib.
“Amma ən pis ssenariyə də hazırıq. Ukraynanın işğalı Rusiyaya baha başa gələcək. Rusiya ilə diplomatik həll yoluna hazırıq. Lakin rus qoşunlarının sərhəddən geri çəkildiyini görmürük. Ukraynadakı vəziyyəti yaxından izləyirik”, - Baş katib vurğulayıb.
Oxunub: 286
Xəbəri paylaş
Paylaş: