Koçaryan hakimiyyətdən şikayətləndi

"Ermənistan hakimiyyəti Qarabağın nizamlanmasından danışmaq istəmir, bu məsələni arxada qoymaq qalmaq niyyətindədir",
Globall.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib.
“Ermənistan rəhbərliyi çalışır ki, Qarabağ məsələsində onlara heç bir ümid bağlanmasın. Mən isə deyim ki, bu, işə yarayacaq. 1-2 il çəkəcək və belə təəssürat yaranacaq ki, Ermənistanın daha heç bir işi yoxdur. Bu məsələdə və hər hansı problem olarsa, o zaman ruslarla həll edilməli olacaq. Nə qədər ki, hakimiyyətdə bu adamlar var, işlər belə davam edəcək", - Koçaryan deyib.
Sabiq prezidentin sözlərinə görə, baş nazir Nikol Paşinyanın Ermənistanın vaxtilə Azərbaycanın ərazi bütövlüyünü tanıması fikrini səsləndirməsi erməni diplomatiyasını acınacaqlı vəziyyətə salıb.
Oxunub: 327
Xəbəri paylaş
Paylaş: