Dünya təhlükə altında:
Yaxın 30 ildə dəniz səviyyəsinin 30 santimetr yüksələcəyi proqnozlaşdırılır. Elm adamları bu səbəblərdən dolayı sahil ərazilərinin su altında qala biləcəyinə diqqət çəkirlər.
Globall.az xəbər verir ki, bu barədə NASA-nın rəhbəri Bill Nelson danışıb.
NASA-nın hesabatına əsaslanan Nelson dünyanın təhlükə altında olduğunu qeyd edib:
“Bu hesabat əvvəlki çalışmalarımızı və uzun müddətdir bildiklərimizi təsdiqləyir: Dəniz səviyyəsi həyəcanverici bir şəkildə sürətlə yüksəlməyə davam edir və bəşəriyyəti təhlükə altına alır”.
Nelson davam edən iqlim böhranını yüngülləşdirmək üçün təcili hərəkətə keçməyə ehtiyac olduğunu söyləyib.
Oxunub: 266
Xəbəri paylaş
Paylaş: