Kaliforniyada anormal quraqlıq

Yanvar ayı Kaliforniyada ən quraq ay olub.
Globall.az xəbər verir ki, yağış və qarın olmaması ABŞ-da son yarım əsr ərzindəki rekord quraqlığa səbəb olub.
Milli Ekoloji Məlumat Mərkəzinin klimatoloqları yaxın üç ayda güclü yağışların olmayacağını proqnozlaşdırırlar.
Rəsmi məlumatlara görə, quraqlıq Kaliforniyanın 99,57 faizinə mənfi təsir edib.
Qeyd edək ki, yağıntısız hava şəraiti ABŞ-da su ehtiyatlarını tükəndirir, meşə yanğınları riskini artırır və temperaturun yüksəlməsinə səbəb olur.
Oxunub: 343
Xəbəri paylaş
Paylaş: