ABŞ Rusiya banklarına qarşı sanksiyalar hazırlayıb
ABŞ administrasiyası Moskvaya qarşı sanksiyalar hazırlayıb. Sanksiyalar ABŞ banklarına Rusiyanın iri bankları üçün əməliyyatların aparılmasını qadağan edir.
Globall.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Söhbət Vaşinqtonun Rusiyaya hücumu halında istifadə edəcəyi ilkin məhdudlaşdırıcı tədbirlər paketindən gedir. Qərb mətbuatının yazdığına görə, tədbirlər qlobal pul axınının əsasını təşkil edən tərəflərin bankları arasında “müxbir” münasibətlərini pozaraq Rusiya iqtisadiyyatına ziyan vurmaq məqsədi daşıyır.
Birləşmiş Ştatlar həm də bəzi rusiyalı şəxslərə və şirkətlərə qarşı sanksiyaları tətbiq etmək və oları qara siyahıya (SDN siyahısı) salmaq niyyətindədir. Bu, baş verərəsə, onlara ABŞ vətəndaşları ilə ticarət qadağan ediləcək və bu ölkədəki aktivləri dondurulacaq.