Kiyev şəhərində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bilbordlar yerləşdirilib
“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.
Globall.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının (UAR) təşəbbüsü ilə yerləşdirilən bilbordların məqsədi Xocalı soyqırımı haqqında yerli sakinlərini və xarici vətəndaşları məlumatlandırmaqdır. Bilbordlar Kiyevdə gediş-gəlişin daha sıx olduğu mərkəzi ərazilərdə - Qələbə prospekti, Qliboçitska, Siçovix Striltsa, Lesi Ukrainki küçələri, Kiyev-Borispol avtomobil magistral yolunda yerləşdirilib.
Bilbordlarda Xocalı soyqırımını özündə təcəssüm etdirən “Ana fəryadı” heykəli əksini tapıb və “Xocalıya ədalət!” şüarı yazılıb.
Bilbordlar Ukrayna ərazisində fevralın sonlarına qədər qalacaq.