Əbu-Dabidə doqquz min illik tikililər tapıldı
Arxeoloqlar Əbu-Dabinin qərbində yerləşən Qaqa adasında yaşı 8500 ildən çox olan tikililərin qalıqlarını aşkar ediblər.
Bu, BƏƏ-də məlum olan ən qədim inşaat qalıqlarıdır.
Alimlərin fikrincə, qalıqları aşkar edilən sadə yuvarlaq otaqların hündürlüyü təxminən bir metrə çatıb. Ölkənin ilk sakinləri məhz belə evlərdə yaşayıb. Onların daxilində yüzlərlə artefakt, o cümlədən məharətlə işlənmiş daş ox ucları tapılıb.
Mütəxəssislər hesab edirlər ki, bu yaşayış məntəqəsi təxminən, beş min il əvvəl tərk edilib.
Oxunub: 267
Xəbəri paylaş
Paylaş: