Narkomanların COVID-19-a yoluxma riski YÜKSƏKDİR
Bəzi mütəxəsisslər narkotik maddələrdən asılılığı olan şəxslərin COVID-19 infeksiyasını daha ağır keçirdiklərini qeyd edirlər.
Globall.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov bildirib ki, narkotik asılılıq immunitet zəifliyinə səbəb olur:
“Ümumiyyətlə, narkotik istifadəçiləri QİÇS və bir çox infeksion xəstəliklərə yoluxma riski xeyli yüksəkdir. Bəşəriyyətin hazırda bir nömrəli bəlasına çevrilən COVID-19 pandemiyası dövründə narkotik istifadəçiləri yüksək risk qrupuna daxildilər. Eyni zamanda, asosial davranışları nəticəsində infeksiyanın yayılmasına (karantin rejiminə riayət etməməklə) səbəb ola bilərlər”.
Oxunub: 276
Xəbəri paylaş
Paylaş: