Ukraynadakı azərbaycanlılar təxliyə olunacaq?-
Açıqlama
Bu qərara uyğun olaraq fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlar başlayıb.
Ukraynanın bir sıra ərazilərində, o cümlədən paytaxt Kiyevdə partlayış səsləri eşidilib.
Bəzi dövlətlər vətəndaşlarını ölkədən təxliyə etməyə başlayıb.
Hazırda Ukraynada olan azərbaycanlıların vəziyyəti necədir, onlara hər yansı xəbərdarlıq olunubmu?
Globall.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının (UAR) icraçı direktoru Ceyhun Məmmədov modern.az-a Ukraynadakı vəziyyətdən danışıb.
“Bildiyim qədər, strateji obyektləri vururlar. Bu gün səhər bir neçə partlayış səsi eşidildi. Azərbaycanlılarla bağlı hələ ki bir təxliyə məsələsi yoxdur. Bizə məlumat verilməyib. Hələ ki gözləyirik. Ölkədə hərbi vəziyyət elan olunub. Hamı necə, azərbaycanlılar da elə, evdə gözləyirik”.