Rusiya-Ukrayna müharibəsinin sonu necə görünür?

Rusiya ilə Ukrayna arasında şiddətli döyüşlər davam edir. Səhər saatlarından başlanan hərbi əməliyyat nəticəsində hər iki tərəfdən itkilərin olduğu bildirilir. Hazırda Ukraynanın şərq bölgələrində partlayışlarla müşayiət olunan atışmalar gedir. Hadisələrin necə cərəyan edəcəyini indidən proqnozlaşdırmaq qeyri-mümkün hesab olunur. Lakin indidən bəzi versiyalar üzərində düşünmək olar.
Müharibənin sonu necə görünür?
Globall.az xəbər verir ki, bu barədə modern.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, hər şey siravi əsgərlərdən asılıdır:
“İndi məsələ ondan ibarətdir ki, Ukrayna ordusu hansı formada müqavimət göstərəcək. Bu müqavimət uğurlu olacaq, yoxsa yox. İlkin mərhələlərdə artıq gələcəyin necə olacağı özünü daha aydın şəkildə göstərəcək”.

Politoloqun sözlərinə görə, artıq Rusiya tərəfindən Ukraynadakı hakimiyyəti devirmək planı bəyan olunub:
“İndi hər şey Ukrayna xalqının iradəsindən asılıdır. Yəni, onlar öz liderlərinin ətrafında toplaşacaqlar, yoxsa yox. Bundan çox şey asılıdır. Siqnallar gəlir ki, Ukraynadakı bütün müxalifət partiyaları prezidentə dəstək veriblər”.
Sabiq nazir qeyd edib ki, hazırda çox mürəkkəb proseslər gedir:
“Bu siyasi siqnallar ilk növbədə Ukrayna ordusunda izlənilir. İndi hər şey adi əsgərin vuruşub-vuruşmamasından asılıdır. Hələlik nəsə demək çətindir. Çünki Rusiya Prezidenti hakimiyyəti devirmək niyyətindədir. Eyni zamanda Rusiyanın niyyəti ölkəni işğal etməkdir. Yenə də, deyirəm, təbii ki, hər şey Ukrayna ordusunun necə müqavimət göstərməsindən asılıdır”.

Oxunub: 507
Xəbəri paylaş
Paylaş: