Rus əsgərləri Ukrayna ordusuna əsir düşdülər
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bir neçə rus hərbçinin ukraynalılara əsir düşdüyünü bildirib.
Globall.az xəbər verir ki, o, bu barədə Telegram-da yazıb.
"İlk rus hərbi əsirləri... Onlar tam təhlükəsiz olacaqlar. Onların həyatına heç bir təhlükə yoxdur. Rus analar, küçələrə çıxıb müharibənin dayandırılmasını tələb edin", - Anton Geraşenko yazıb.
Ukraynalı deputat Oleksiy Qonçarenko isə ələ keçirilən işğalçıların fotosunu Telegram-da yerləşdirib.
"Rusiyalı məhbuslar… Yadınızda saxlayın, rus əsgərləri, əziyyət çəkəcəksiniz! Silahlarınızı yerə qoyun və Ukrayna ərazisindən qaçın", - o yazıb.
Oxunub: 333
Xəbəri paylaş
Paylaş: