"Zelenskiyə zəng çatmır..." -
İtaliyanın baş naziri onun öldürüləcəyindən narahatdır
İtaliyanın Baş naziri Mario Draqi Vladimir Zelenskinin bir saat yarım əvvəl onunla əlaqə saxlamalı olduğunu, lakin zəng etmək mümkün olmadığını bildirib.
Globall.az xəbər verir ki, hökumət rəhbəri deyib: “Kiyevdə haradasa sığınıb. O, Ukraynanın artıq vaxtı olmadığını, özünün və ailəsinin Rusiya işğalçı qüvvələrinin hədəfində olduğunu deyib”.
Draqi əlavə edib:
"Mənə səhər zəng etmişdi və biz saat 9.30-da telefon söhbət aparmaq barədə razılaşdıq, lakin söhbət qeyri-mümkün oldu, Zelenski artıq əhatə dairəsindən kənarda idi".
Oxunub: 343
Xəbəri paylaş
Paylaş: