Kiyev metrosu sığınacaq kimi istifadə olunacaq
Sərnişin daşımalarını dayandıran Kiyev metrosu yalnız sığınacaq qismində istifadə ediləcək.
Globall.az xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko “Teleqram” səhifəsində yazıb.
“Metro sığınacaq rejiminə keçib. Nəqliyyat daşımaları həyata keçirilməyəcək”, - deyə mer bildirib.
O, həmçinin, şəhər sakinlərini evlərində və ya sığınacaqlarda qalmağa çağırıb: “Kritik infrastruktur müəssisələrində işləyənlərdən başqa heç kim Kiyevə daxil olmasın və şəhərdən çıxmasın”.
Xatırladaq ki, fevralın 24-də Kiyev vaxtı ilə səhər saat 05:00-da Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Hazırda Ukraynanın şimalında, şərqində və cənubunda, həmçinin paytaxt Kiyev ətrafında ağır döyüşlər gedir.
Oxunub: 408
Xəbəri paylaş
Paylaş: