Zelenski Ərdoğana və Türkiyə xalqına təşəkkür edib
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqına təşəkkür edib.
Globall.az-ın Türkiyə bürosunun xəbərinə görə, Zelenski bu barədə ‘Twitter’ hesabında paylaşım edib.
"Güclü dəstəyə görə dostum, cənab Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqına təşəkkür edirəm. Qara dənizə Rusiya hərbi gəmilərinin keçməsinə qadağa qoyulması və əhəmiyyətli hərbi və humanitar yardımlar bu gün son dərəcə vacibdir. Xalqımız bunu heç vaxt unutmayacaq!" - deyə Zelenski qeyd edib.
Oxunub: 380
Xəbəri paylaş
Paylaş: