İlham Əliyev Putinlə danışıqlar APARDI

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Globall.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti rəsmi məlumat yayıb.
"Fevralın 22-də Moskvada keçirilən yüksək səviyyəli Rusiya-Azərbaycan danışıqlarının davamı olaraq Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar", - deyə məlumatda qeyd olunub.
Prezidentlər, eyni zamanda Ukraynadakı vəziyyət barədə müzakirələr aparıblar.
Qeyd edək ki, fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında telefon danışığı olub.
Oxunub: 348
Xəbəri paylaş
Paylaş: