Rusiyada Müdafiə Nazirliyindən açıqlama:
71 ukraynalı əsgər...
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Xarkov vilayətində Ukrayna ordusunun 302-ci zenit-raket polkunun “təslim olduğunu” və “silahı könüllü yerə qoyduğunu” bildirir.
Globall.az xarici KİV-ə istinadən xəbər verir ki, İqor Konaşenkovun sözlərinə görə, həmin polkun sərəncamında “Buk M-1” zenit-raket kompleksləri olub.
O bildirib ki, polkun 71 hərbi qulluqçusu saxlanılıb.
“Bütün ukraynalı hərbi qulluqçulara hörmət göstərilir və kömək edilir. Sənədlərin rəsmiləşdirilməsindən sonra onlar öz ailələrinə göndəriləcəklər”,-Konaşenkov bildirib.
Oxunub: 351
Xəbəri paylaş
Paylaş: