Lukaşenko Ukraynanın Belarus ərazisindən atəşə tutulduğunu etiraf edib
"Rusiya Belarus ərazisindən Ukraynaya atəş açıb".
Globall.az UNİAN-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə deyib.
“Münaqişə başlayandan Belarusun cənubundan 2-3 raket zərbəsi endirilib, çünki Kiyev sərhədə yaxın 3-4 raket batalyonu yerləşdirib", - Belarus lideri qeyd edib.
O, Ukrayna şəhərlərini atəşə tutan rus diversiyaçılarına kömək etdiyini də etiraf edib.
Lukaşenko, həmçinin iddia edir ki, heç kim Kiyevi bombalamayıb.
Oxunub: 306
Xəbəri paylaş
Paylaş: