Rus ordusundan Kiyevə yeni hücum cəhdi

Rusiya qoşunları Kiyevin Svyatoşinski rayonuna soxulmağa çalışır.
Globall.az-ın xəbərinə görə, bu barədə UNİAN-a Milli Qvardiyanın çevik reaksiya briqadasının mətbuat katibi Xariton Starski məlumat verib.
“Onların orada texnikası var. Kiyevin Svyatoşinski rayonuna soxulmağa çalışırlar. Bu İrpen istiqamətidir. Amma onları “qarşılamağa” hazırlaşırlar. Biz Kiyevdə rusiyalarla “görüşmək” üçün çox böyük qrup yaratmışıq”, - deyə mətbuat katibi bildirib.
O əlavə edib ki, metro stansiyaları və zirzəmilər əhali üçün ən təhlükəsiz yerdir.
Oxunub: 177
Xəbəri paylaş
Paylaş:




















