Türkiyənin XİN başçısı rusiyalı həmkarına atəşkəs üçün ciddi fəaliyyətin vacibliyini bildirib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Türkiyə XİN-dən bildirilib.
Telefon danışığı zamanı, Ukraynadakı mövcud vəziyyətdən Türkiyənin narahatlığını ifadə edən Mövlud Çavuşoğlu atəşkəsin əldə edilməsi istiqamətində ciddi fəaliyyətin vacib olduğunu bildirib.
Həmçinin tərəflər arasında təxliyə və humanitar məsələlər də müzakirə olunub.
Oxunub: 241
Xəbəri paylaş
Paylaş: