Rusiya qoşunları uşaq bağçasını raketlə vurdu
Ukraynanın Çerniqov ərazisinə bütün gecə boyu mərmilər düşüb.
Globall.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, artilleriya hücumu gecə saat 02:00 radələrində başlayıb.
Raketlər uşaq bağçasının yerləşdiyi binaya düşərək yanğına səbəb olub. Hadisə zamanı mərkəzi bazarda yerləşən mağaza və beşmərtəbəli yaşayış binasına da ziyan dəyib. Hücum zamanı bir qadın xəsarət alıb.
Oxunub: 305
Xəbəri paylaş
Paylaş: