Çavuşoğlu Türkiyənin QƏRARINI AÇIQLADI:
"İcazə verməyəcəyik"
Türkiyə hərbi gəmilərin boğazlardan keçməsinə icazə verməyəcək, bütün sahilyanı və sahilyanı olmayan ölkələrə bununla bağlı xəbərdarlıq edilib.
Qlobal.az "TRT Haber"ə istinadla xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Nazirlər Kabinetinin iclasından sonra Rusiya-Ukrayna müharibəsi ilə gündəmə gələn Montrö Boğazlar Konvensiyası və döyüş gəmilərinin boğazlardan keçməsi ilə bağlı açıqlamalar verib.
"Bütün sahilyanı və sahilyanı olmayan ölkələrə münaqişə şəraitində Qara dənizdən hərbi gəmilərin keçirilməməsi ilə bağlı xəbərdarlıq etdik. İndiyədək belə bir keçid olmayıb, - XİN rəhbəri bildirib.
"Türkiyə müharibənin tərəfi deyilsə, müharibə tərəflərinin gəmilərini boğazdan keçirməmək səlahiyyəti var. Əgər hərbi gəmi Qara dənizdəki bazasına qayıdırsa, keçid bağlanmır. Biz Montrö Konvensiyasının müddəalarını tətbiq edirik" - Çavuşoğlu vurğulayıb.