Zelenski Rusiya ordusunun itkilərini
AÇIQLADI
Globall.az xəbər verir ki, müraciətin videogörüntüsü Ukrayna dövlət başçısının teleqram kanalında yayımlanıb.
"Bir həftə ərzində təxminən 9 min rusiyalı öldürüldü. Nikolayev istiqamətində onlar helikopterlərlə 19, 20 yaşlı, 200-300 nəfər hərbçinin meyitlərini aparmalı oldular", - Zelenski bildirib.
Prezident deyib ki, Ukrayna xalqı bir həftə ərzində düşmənin planlarını pozub: “Biz onları dayandırdıq və əzdik. Biz düşmənin planlarını bir həftədə pozan xalqıq. İllərlə qurulan planlar. Amma biz onları saxladıq və əzdik”.
Zelenski əlavə edib ki, hərbçilərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa, sadə ukraynalılar da hər gün rus əsgərlərini əsir götürür: "Onlar yalnız bir şey deyirlər. Nə üçün burada olduqlarını bilmirlər".