Putin haradadır?
-"Bir həftədir ki, vertolyotları iqamətgahına enmir..."-Şahid
"İnternet şəbəkələrində Putinin hələ Rusiyanın Ukraynaya təcavüzü başlamazdan öncə Moskvadan qaçması haqda şübhələr yaranıb. Rusiya prezidenti - İşğalçı ölkənin prezidenti harada ola bilər? Vladimir Putin artıq bir həftədir ki, Kremldə görünmür".
Globall.az xəbər verir ki, bunu Ukraynanın "Segodnya" nəşri yazıb.
Adətən, Rusiya Federasiyasının prezidentinin olduğu vertolyotlar hər səhər onun iqamətgahında peyda olur. Lakin Ukraynaya təcavüz başlayandan sonra onlar yoxa çıxıblar...
Bu haqda müşahidələrini sovet dissidenti və hüquq müdafiəçisi Aleksandr Podrabinek paylaşıb.
O, Moskvada Sadovoye Koltso("bağ həlqəsi") ərazisində yaşadığını və pəncərələrindən Kremlin göründüyünü açıqlayıb.
Adətən hər gün səhər saat 11:00 radələrində iki vertolyot bir-birinin ardınca bir neçə dəqiqəlik fasilə ilə evimizin üzərindən uçur.Onlar düz Kremlin ərazisinə enirlər. Onlardan birində Putin uçur (Hansında olduğunu heç kim bilmir!)... Axşam saat 5-də vertolyotlar geri uçur. Son bir həftədir ki, helikopterlər uçmur. Budur fakt... Və hər kəs bunu özü müstəqil izah edə bilər”, - deyə Podrabinek yazıb.
Putin işğala necə hazırlaşıb?..
Fevralın 24-nə keçən gecə Kremlin saytında Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müharibə elan etdiyini əks etdirən video yayılıb. Ancaq bunu fevralın 21-də, yəni işğaldan üç gün əvvəl qeydə alıblar.
Jurnalistlər Putinin müraciətinin videosunu Kremlin saytından yükləyib və onun məlumatlarını yoxlayıblar. Orada yaradılma tarixini tapıblar - 21 fevral, 19:00.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko "Rada" telekanalının efirində deyib:
"Kreml rəhbəri Vladimir Putinin son günlər Uraldakı bunkerdə olmasına dair məlumatlar var..."